“Pandemiya səbəbindən ötən il Azərbaycanda fəaliyyət göstərən Milli parklara gələn turistlərin sayında azalma müşahidə olunub”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, 2019-cu ildə Milli parklara 98 mindən çox turist baş çəkib: “Onların da 88 mini yerli turistlərdir. 2020-ci ildə isə parkları ziyarət edən turistlərin sayı 41 min nəfər təşkil edib. Bu ilin son 5 ayında isə həmin göstərici 38 779 nəfər olub”.