"Təmiz hövzələr" aksiyasına başlanılıb

"Təmiz hövzələr" aksiyasına başlanılıb Yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib
Ekologiya
19 Aprel , 2021 10:37
Təmiz hövzələr aksiyasına başlanılıb

"Təmiz hövzələr" aksiyasına start verilib.

"Report" xəbər verir ki, aksiyaya Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən başlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, DETX, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də cəlb edildiyi birgə aksiyada Kürün bir hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib: "Brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək. Sintetik torların toplanması qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə daha bir xəbərdarlıqdır və əsas hədəf geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına nail olmaqdır".

O qeyd edib ki, su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların su axarlarına atılması da bioresursların məhvinə səbəb olur: "Buna görə də sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. "Təmiz hövzələr" aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib”.

Son xəbərlər

Orphus sistemi