Nazir: "Tezliklə işğaldan azad edilən ərazilərdə meteoroloji müşahidələr bərpa ediləcək"

Nazir: "Tezliklə işğaldan azad edilən ərazilərdə meteoroloji müşahidələr bərpa ediləcək" Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb
Ekologiya
19 Fevral , 2021 13:47
Nazir: Tezliklə işğaldan azad edilən ərazilərdə meteoroloji müşahidələr bərpa ediləcək
Muxtar Babayev

“Təəssüf ki, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurub. Uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur sıradan çıxarılıb”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyası Meteorologiya Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb.

M.Babayev vurğulayıb ki, yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin ərazilərin yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanına çevirəcək:

"Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. Bu tədbirlər, həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək”.

Son xəbərlər

Orphus sistemi