Tibbi tullantıları məişət tullantılarına qarışdıranlara xəbərdarlıq edildi

Tibbi tullantıları məişət tullantılarına qarışdıranlara xəbərdarlıq edildi Respublika ərazisində koronavirusla əlaqəli müalicə alan xəstələrin istifadəsindən çıxan 140-a yaxın tibbi tullantı xüsusi ayrılan müvafiq nəqliyyat vasitələri ilə daşınaraq zərərsizləşdirilib.
Ekologiya
14 İyun , 2021 17:01
Tibbi tullantıları məişət tullantılarına qarışdıranlara xəbərdarlıq edildi

Respublika ərazisində koronavirusla əlaqəli müalicə alan xəstələrin istifadəsindən çıxan 140-a yaxın tibbi tullantı xüsusi ayrılan müvafiq nəqliyyat vasitələri ilə daşınaraq zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov “Ekspert saatı”nda deyib.

Nazirlik rəsmisi bildirib ki, zərərsizləşdirmədən sonra əmələ gələn kül təhlükəli tullantılar üçün nəzərdə tutulan poliqonda xüsusi hücrələrdə zərərsizləşdirilərək basdırılır.

O həmçinin qeyd edib ki, hələ də tibbi tullantılarla məişət tullantılarının qarışdırılması mövcuddur:

“Bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir və qayda pozuntusu olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr müəyyənləşdirilir”.

Son xəbərlər

Orphus sistemi