Bu gün Azərbaycanda növbəti dəfə qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası təşkil olunub, ölkə ərazisində 11 min 111 ədəd ağac əkilib.
"Report" xəbər verir ki, bu ildən 11 noyabr tarixi Türk Dövlətləri Milli Ağaclandırma Günü kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.
Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri, Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin qonaq qismində Tacikistanın səfirlik əməkdaşları, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.
İrimiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.
12:51
Bu gün Bakıda Türk Dövlətləri Milli Ağaclandırma Günü qeyd olunub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "X"də yazıb.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Diplomatın sözlərinə görə, bu günlə bağlı Türkiyədə 5 002 023, Azərbaycanda 11 111 ağac əkiləcək.
C.Bağçı bir qrup müəllim-tələbə heyəti ilə aksiyada iştirak edib ağac əkdiyini yazıb.
Bugün “Türk Devletleri Ağaçlandırma Günü” dür.
Ülkemizde 5.002.023 ağaç, kardeş Azerbaycan’da 11.111 ağaç dikilecektir.
11 Kasım 2023 saat 11:11’de;
Ekoloji ve Tabii Servetler Bakanlığı’nın organizasyonunda TDT ülkeler Büyükelçileri olarak ağaçlandırma seferberliğine… pic.twitter.com/nsgrlOHTMX