Türkiyədə gözlənilən toz dumanı Azərbaycanda da müşahidə olunacaqmı?

Türkiyədə gözlənilən toz dumanı Azərbaycanda da müşahidə olunacaqmı? Türkiyədə həftəsonu gözlənilən toz dumanının Azərbaycan ərazisində də müşahidə olunub-olunmayacağı açıqlanıb.
Ekologiya
15 Aprel , 2022 17:00
Türkiyədə gözlənilən toz dumanı Azərbaycanda da müşahidə olunacaqmı?

Türkiyədə həftəsonu gözlənilən toz dumanının Azərbaycan ərazisində də müşahidə olunub-olunmayacağı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova "Report"a açıqlamasında deyib ki, yaxın iki gün ərzində Azərbaycanda tozla bağlı transsərhəd çirklənmə gözlənilmir.

O bildirib ki, Avropa Kosmik Agentliyi 15-18 aprel tarixlərində İtaliya,Türkiyə, Kipr və Yunanıstan ərazisinə səhra tozlarının daxil olacağı haqqında proqnoz verib: "Proqnoza əsəsən toz kütlələrinin Türkiyənin əsasən Ağdəniz hava hövzəsində müşahidə ediləcəyi gözlənilir. Peyk görüntülərinə, proqnoz proqramlarına və sinoptik xəritələrə əsasən demək olar ki, yaxın iki gün ərzində Azərbaycanda tozla bağlı transsərhəd çirklənmə gözlənilmir".

Xidmət əməkdaşı qeyd edib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakı şəhərində yalnız Xətai rayonunda toz hissəciklərinin miqdarı normadan 1.2 dəfə yüksəkdir: "Buna səbəb ərazidə lokal təsirlərin mövcud olmasıdır".

Son xəbərlər

Orphus sistemi