Yağıntılı hava şəraiti ilə əlaqədar suyun səviyyəsinin kəskin artdığı ərazilər açıqlanıb.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, güclü dolu Tərtər, Goranaboy, Naftalan, Gəncə və Zaqatalada qeydə alınıb: "Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 38 sm artdığı, Əyri çayda 17 sm, Qabırlı çayda aprelin 30-u suyun səviyyəsinin 1metr 35 sm, bu gün isə yenidən 97 sm artdığı müşahidə olunub".