"Su ölçmə cihazlarının zərurət olan ərazilərdə quraşdırılması işləri davam etdiriləcək".
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, qiymətləndirmə ilə bağlı mühüm məsələlər müzakirə olunduqdan sonra təkliflər hökumətə təqdim ediləcək.
Şöbə müdiri əlavə edib ki, yağış sularının idarə olunması ilə əlaqədar qanunvericilik yenilənməli və təkmilləşdirilməlidir: “Bakının yeni hazırlanan baş planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq. Qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək ki, yağış suları bilavasitə dənizə axıdılmasın, onlar yığılsın, gələcəkdə istifadəsi üçün su anbarları tikilsin”.