Zəngilanda yeni səpilən palıd toxumları cücərib

Zəngilanda yeni səpilən palıd toxumları cücərib Yaz mövsümündə Zəngilanda 2 500-dən çox ağac əkilib
Ekologiya
9 May , 2021 15:35
Zəngilanda yeni səpilən palıd toxumları cücərib

"Bu ilin yaz ağacəkmə mövsümündə Zəngilan rayonunda səpilən şabalıdyarpaq palıd toxumları artıq cücərib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Zəngilanda ilk dəfə səpilmiş bu toxumların artıq pöhrələrini görürük".

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Yaşıl Marafon" kampaniyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağac əkərək zəhməti keçən hər kəsə- dövlət qurumlarının nümayəndələrinə, könüllülərə, o cümlədən ağacəkmə tədbirində iştirak edən, işıqlandıran media nümayəndələrinə dərin təşəkkürlərimizi bildiririk. Qürurlanırıq ki, gözəl Qarabağımızın uzun həsrətdən sonra ayaq basdığımız torpaqları bu xırda fidanlarla, xəfif cücərtilərlə çəmənzara çevrilir və Qarabağın gözəlliyinə gözəllik qatılır”, - nazirlik rəsmisi əlavə edib

Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu yaz mövsümündə Zəngilanda 2 500-dən çox ağac əkilib, 200 kq-dan artıq toxum səpilib.

Son xəbərlər

Orphus sistemi