ADPU-nun filial direktoru koronavirusa yoluxub, tədris ocağı bağlanıb

ADPU-nun filial direktoru koronavirusa yoluxub, tədris ocağı bağlanıb Filialın ayrı-ayrı laboratoriyalarında da koronavirusa yoluxma halları qeydə alınıb
Elm və təhsil
15 Aprel , 2021 13:03
ADPU-nun filial direktoru koronavirusa yoluxub, tədris ocağı bağlanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şəki filialı koronavirusa görə bağlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hazırda tədris ocağında dərslər distant formada təşkil olunur.

Məlumata görə, bu günədək filial əməkdaşlarının 30 faiz işçisi işə gəlirmiş. Onların arasında da koronavirusa yoluxma qeydə alındığı üçün tədris ocağında iş rejimi iki həftəlik dayandırılıb.

Eyni zamanda, filialın ayrı-ayrı laboratoriyalarında da koronavirusa yoluxma halları qeydə alınıb. Bundan başqa, ADPU-nun Şəki filialının direktoru da COVID-19-a yoluxub.

Son xəbərlər

Orphus sistemi