Tarixə "Dəmir Yumruq Əməliyyatı" adı ilə də düşən mübarizədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 10-larla tələbə və məzunu şəhid və qazi mərtəbəsinə yüksəlib.
"Report" Vətən müharibəsində şəhid olan 8 nəfər məzunu təqdim edir:
1. Tahirov Firdovsi Balaxan oğlu - Tarix və coğrafiya fakültəsi
2. Baş leytenant Əzizov Elgün Elman oğlu - ADPU-nun Şamaxı filialı
3. Leytenant Nəbiyev Orxan Rza oğlu - ADPU-nun Şamaxı filialı
4. Baxışova Arəstə - Azərbaycan Dövlət Pedaqoji Kolleci. II Qarabağ müharibəsinin ilk xanım şəhidi.
5. Lətifov Rəvan - Keçmiş Coğrafiya və GÇH fakültəsi
6. Nüsrətli Ceyhun Vaqif oğlu - Kimya və biologiya fakültəsi
7. Ömərov Qoşqar - Riyaziyyat fakültəsi
8. Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu - ADPU-nun Ağcabədi filialı