İsa Həbibbəyliyi AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb

İsa Həbibbəyliyi AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyi
Elm və təhsil
10 Noyabr , 2022 16:07
İsa Həbibbəyliyi AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb.

Akademiyadan "Report"a verilən məlumata görə, İ.Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti Aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Onun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.

Son xəbərlər

Orphus sistemi