Ali məktəblərə qəbul üzrə balların hesablanması qaydası məlum olub

Ali məktəblərə qəbul üzrə balların hesablanması qaydası məlum olub Qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir
Elm və təhsil
26 May , 2021 12:13
Ali məktəblərə qəbul üzrə balların hesablanması qaydası məlum olub

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydasını açıqlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir.

Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

Fənnin adı

Tapşırıqların sayı

Nisbi balın hesablanması düsturu

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və ya
fars dili)

  • Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
  • Qapalı tipli 16 tapşırıq;
  • Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Cəmi: 30 tapşırıq

(2nd(açıq, yazılı)+nd(qapalı))∙10034

Maksimal bal: 100

Azərbaycan (rus) dili

  • Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
  • Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq (cəmi 20 tapşırıq).

Cəmi: 30 tapşırıq

(2nd(açıq, yazılı)+nd(qapalı))∙10034

Maksimal bal: 100

Riyaziyyat

  • Qapalı tipli 13 tapşırıq;
  • Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
  • Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Cəmi: 25 tapşırıq

(2ndaçıq, yazılı+ndaçıq, kod+nd(qapalı))∙10029

Maksimal bal: 100

Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300

Qeyd. 1. nd(açıq, kod) - cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;

nd(qapalı) - qapalı tipli tapşırıqlar üzrə balların cəmi;

nd(açıq, yazılı) - yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.

2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.

3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
0, və ya 1 balla qiymətləndirilə bilərlər.

Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanma qaydası

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır.

İmtahanın müddəti 3 saatdır.

Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.

Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:

İmtahan fənni üzrə nisbi bal: ,

burada NB – fənn üzrə nisbi bal;

NBq – qapalı tipli tapşırıqlar üzrə nisbi bal;

NBa – açıq tipli tapşırıqlar üzrə nisbi baldır.

Qapalı tipli tapşırıqlar üzrə nisbi bal:

(hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0 götürülür),

burada Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;

Yq – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.

Açıq tipli tapşırıqlar üzrə nisbi bal: NBa = (Dkod + 2Dyazılı)

burada Dkod– cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;

Dyazılı– yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərəfindən meyarlar əsasınd balla qiymətləndirilir.

Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahan fənlərinin ixtisas qrupları üzrə çəki əmsalları və üstünlük dərəcələri

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat – 1,5 (1)

Riyaziyyat – 1,5 (1)

Azərbaycan (rus) dili – 1,5 (1)

Biologiya – 1,5 (1)

Fizika – 1,5 (2)

Coğrafiya – 1,5 (2)

Tarix – 1,5 (2)

Kimya – 1,5 (2)

Kimya – 1 (3)

Tarix – 1 (3)

Ədəbiyyat – 1 (3)

Fizika – 1 (3)

Qeyd: Cədvəldə mötərizədə göstərilmiş rəqəm fənnin üstünlük dərəcəsini göstərir.

İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400

V ixtisas qrupu üzrə

V ixtisas qrupu (ali təhsil müəssisələrinin XQTİ-ləri) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılacaq.

Son xəbərlər

Orphus sistemi