Ağdaşda daha iki orta məktəb distant təhsilə cəlb olunub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhər S.Vurgun adına 1 saylı tam orta məktəb və şəhər 5 saylı tam orta məktəbdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib.
Məlumata görə, hər iki məktəbdə 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxıb.
Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər iki məktəbin girişi və daxilində bütün otaqlar, idman zalı dezinfeksiya edilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 40 şagirddə, 10 müəllimdə COVID-19 virusu aşkar edilmişdi.