“Bu günə qədər ölkədə 57 minə yaxın müəllim ən azı vaksinin bir dozasını vurdurub. Bu da ölkə üzrə müəllimlərin 60-64%-nin peyvənd olunması deməkdir”.
“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 50 yaşdan yuxarı hər üç müəllimdən ikisi artıq vaksinasiyadan keçib: “Hazırda proses davam edir. 40 yaşdan yuxarı 28 500 heyət peyvənd olunub. Hazırda 120 minə qədər (53%) təhsil işçisi vaksinasiyadan keçib. Mən onların hamısını təbrik edirəm”.
"Peyvənd olunanlar arasında bu günə kimi ciddi və əsaslı pisləşmə müşahidə edilməyib. Bu vəziyyət peyvəndin zərərli və ya təhlükəli olması ilə bağlı iddiaları təkzib edir", - nazir bildirib.