AzTu-nun qadın əməkdaşı koronavirusdan vəfat edib

AzTu-nun qadın əməkdaşı koronavirusdan vəfat edib Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında vəfat edib
Elm və təhsil
13 Mart , 2021 16:51
AzTu-nun qadın əməkdaşı koronavirusdan vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında vəfat edib.

"Report"un xəbərinə görə, bunu AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib.

O deyib ki, R.Kərimova koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi