"Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar sabitdir".
"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxminən, 10-a yaxın məktəb distant təhsilə keçir və yenidən ənənəvi tədrisə qayıdır.
"Hazırda vəziyyət nəzarət altındadır və mövcud durum lokal olaraq tənzimlənir", - BŞTİ rəsmisi bildirib.