Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planını hazırlayıb.
Bu barədə "Report"a İdarədən məlumat verilib.
İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.
Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.