Sabunçu rayonundakı məktəblərdən birinin 6-cı sinif şagirdinin intihara cəhd etməsi ilə bağlı xəbərə münasibət bildirib.
Məktəbdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin şagirdin anası qızının xəstəxanaya yerləşdirildiyi barədə təhsil müəssisəsinə məlumat verib.
Qeyd olunub ki, məktəb rəhbərliyi şagirdin məktəbə gəlməmə səbəbini araşdırdıqda məlum olub ki, həmin şagird 14 fevral tarixində axşam saatlarında yıxılaraq müxtəlif bədən xəsarətləri alıb: "Həmin şagird hələ ibtidai sinifdə oxuduğu dövrdə də onda dəfələrlə qıcolmalar və ürəkgetmə halları müşahidə olunub. Son olaraq fevralın 7-də şagird məktəbdə yenə huşunu itirib, ilk tibbi yardımdan sonra valideyninə təhvil verilib. Valideynin məlumatına əsasən hazırda şagirdin xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir".