Bakının 20 nömrəli məktəb-liseyinin əməkdaşı vəfat edib.
“Report” xəbər verir ki, məktəbin riyaziyyat müəllimi İradə Tağıyeva 59 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İ.Tağıyeva 1962-ci il aprelin 18-də anadan olub. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1984-cü ildən əmək fəaliyyətinə başlayıb.
Mərhumun həyat yoldaşı Bəxtiyar Tağıyev də 20 nömrəli məktəb-liseydə riyaziyyat fənni üzrə dərs deyir.
Allah rəhmət eləsin!