162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir
"Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır", - sorğunun cavabında bildirilib.