Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp builki “Chevening” təqaüdçülərini qəbul edib.
Bu barədə “Report” Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin feysbukdakı paylaşımına istinadən xəbər verir.
“Bu il 11 azərbaycanlı “Chevening” təqaüdü ilə Britaniyada təhsil alacaq. Hər il Azərbaycandan çox keyfiyyətli namizədlər müraciət edir və bu il də istisna olmadı. Çox şadam ki, “Chevening” təqaüdünü öz sahələrində peşəkar inkişaf etmək üçün seçiblər. Onlara uğurlar arzulayıram!”, - səfir bildirib.