"British Council" Nərgiz Hacıyevanı Azərbaycanda ölkə üzrə direktor vəzifəsinə təyin edib.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Qeyd olunub ki, N.Hacıyeva mayın 16-dan vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Nərgiz Hacıyeva 2014-cü ildən "British Council"da çalışır. O, "British Council"ın Azərbaycandakı komandanı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktorudur.
Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olan "British Council" 1934-cü ildə təsis edilib. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur. Birləşmiş Krallıq hökumətindən 14.5% əsas maliyyələşdirmə qrantı alır.