Bu günədək 1 497 nəfərin müsahibəsi yekunlaşıb

Bu günədək 1 497 nəfərin müsahibəsi yekunlaşıb Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.
Elm və təhsil
22 Dekabr , 2020 12:59
Bu günədək 1 497 nəfərin müsahibəsi yekunlaşıb

Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.

Təhsil Nazirlyindən "Report"a verilən məlumata görə, müsahibələr “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur.

Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər.

Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb. Müsahibələrin ümumilikdə 9 gün davam etməsi nəzərdə tutulur. 14 dekabr tarixindən bu günədək 1497 nəfərin müsahibəsi yekunlaşıb. Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir.

Qeyd edək ki, hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

Son xəbərlər

Orphus sistemi