Bu il Biləsuvardan 353 nəfər məzun tələbə adını qazanıb

Bu il Biləsuvardan 353 nəfər məzun tələbə adını qazanıb Bu il Biləsuvar rayonundan məzunların neçəsinin tələbə adını qazanması məlum olub.
Elm və təhsil
13 Sentyabr , 2024 22:12
Bu il Biləsuvardan 353 nəfər məzun tələbə adını qazanıb

Bu il Biləsuvar rayonundan məzunların neçəsinin tələbə adını qazanması məlum olub.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2023-2024-cü il tədris ilində Biləsuvar məktəblərinin 11-ci sinfini 921 nəfər şagird bitirib. Onlardan 531 nəfəri ali məktəbə sənəd verib və 353 nəfəri tələbə adını qazanıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Biləsuvar məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 12 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

Son xəbərlər

Orphus sistemi