Bakıda R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin müəllimi vəfat edib.
“Report” xəbər verir ki, koronavirusa yoluxan məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva 56 yaşında dünyasını dəyişib.
Məktəb kollektivi mərhumun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, məktəbdə çalışan 2 müəllim, 1 direktoru müavini və bir texniki işçinin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.