“Son 12 il ərzində təltif edilən nəzarətçi-müəllimlərin sayı 363 nəfər olub. Dövlət İmtahan Mərkəzinin (DİM) bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumat var”.
“Report” xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, 2008-ci ildən başlayaraq nəzarətçi-müəllimlərin işləri qiymətləndirilir:
“10 ildən çox bizimlə əməkdaşlıq edən, təyin edildiyi zallarda köçürmə halına yol verməyən, imtahan protokolunda qeyri-kafi qiymət almayan və s. kriteriyalara uyğun olan nəzarətçilər mükafatlandırılır. Fəxri fərman alan müəllimlər isə daha ciddi kriteriyaralar əsasında seçilir”.
M.Abbaszadə əlavə edib ki, imtahan rəhbərlərinin əsas hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının işçiləridir:
“İmtahan rəhbərlərindən 5 nəfər bu il təltif olunub”.