İnzibati vəzifələrin BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün mayın 8-də keçirilən test imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, imtahan nəticələri bu gün saat 16:20-dən etibarən
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 207 namizəddən 1 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 1 nəfər, BB2 altqrupu üzrə 15 nəfər, BB3 altqrupu üzrə 35 nəfər, BB4 altqrupu üzrə 39 nəfər olmaqla, ümumilikdə 90 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 11-13 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299.