Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq

Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Yunis oğlu Salayev İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Elm və təhsil
21 İyun , 2022 12:31
Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə “Report”a AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi