“Hazırda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) cəlbi 35 % təşkil edir”.
“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, bu göstəricinin 2026-cı ilə qədər 50 %-ə çatdırılması qarşıya məqsəd kimi qoyulub.
E.Əliyev vurğulayıb ki, bağçalarda aparılan bütün monitorinqlər xəbərdarlıq edilmədən həyata keçirilir.