“Azərbaycanın gündəliyində 4 məsələ var: Sülh sazişi, delimitasiya, dəhlizlərin açılması və iqtisadi əlaqələr”.
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.
“Rusiya-Ukrayna müharibəsi bizim regiona da təsir göstərir. Biz təhlükəsizliyimizi gücləndiririk. Alternativ addımlar da atırıq. Burada qlobal oyunçuların rolu çox vacibdir. Avropa İttifaqının rolu və yanaşması da dəyişib. Paşinyan artıq etiraf edir ki, Avropa İttifaqı onlara Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təzyiq edir”, - o vurğulayıb.