"Nə qədər tez vaksin vurularsa, o qədər tez immunitet formalaşar".
"Report"un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.
"Müəllimlərimizin vaksinasiyası prioritet məsələlərdən biridir. Hər iki doza mütləq vurulmalıdır. Ümumiyyətlə, 800-900 minə yaxın adam vaksin olub, onlara heç nə olmayıb. Buna görə qorxmaq lazım deyil. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq", - nazir əlavə edib.