"Gürcüstan və Azərbaycan arasında təhsil və elm sahəsində münasibətlər dərinləşdiriləcək".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli jurnalistlərə açıqlamasında deyib.
Nazir azərbaycanlı həmkarı Emin Əmrullayevlə çox yaxşı və maraqlı görüş keçirdiyini bildirib:
"Azərbaycanla qarşılıqlı əməkdaşlıq sayəsində bir sıra nailiyyətlər əldə olunub. Bu gün imzalanmış sazişin sayəsində məhsuldar əməkdaşlığımız daha da dərinləşəcək".