Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib

Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib Bakı şəhəri Müşfiqabad qəsəbəsində 286 nömrəli uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra istifadəyə verilib.
Elm və təhsil
17 Sentyabr , 2024 16:57
Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib

Bakı şəhəri Müşfiqabad qəsəbəsində 286 nömrəli uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra istifadəyə verilib.

"Report" xəbər verir ki, yeni istifadəyə verilən 286 nömrəli uşaq bağçası 120 yerlikdir.

Bağçada uşaqların təlim-tərbiyəsi ilə 12 tərbiyəçi və 6 texniki işçi məşğul olur.

Qeyd edək ki, bağça 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyaları köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Son xəbərlər

Orphus sistemi