Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni təyinatlar olub.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Belə ki, əmrlə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub. Buna qədər S. Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Bundan başqa, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.
Digər əmrlə Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.
Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin olunub.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Belə ki, əmrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bu vəzifəyə təyin edilib. Kərimov Elçin Vaqif oğlu isə sözügedən İdarəyə müdir vəzifəsinə gətirilib.
Qeyd edilib ki, bundan əvvəl E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri olub.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.