Bakıda koronavirusa görə bağlanan 4 məktəb açılıb

Bakıda koronavirusa görə bağlanan 4 məktəb açılıb Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Elm və təhsil
10 Noyabr , 2021 09:51
Bakıda koronavirusa görə bağlanan 4 məktəb açılıb
0 : 00
0 : 00

Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Son xəbərlər

Orphus sistemi