Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib.
Bu barədə Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə 4 dəfə gəlirdilər (ümumi 12 məşğələ): "Hazırki şəraitdə bu, regiondan asılı olaraq, 2 və ya 3 dəfə olacaq".
Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların ümumi sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.
Qruplarda dərs ili iki yarımilə bölünür:
- I yarımil: 1 oktyabr-26 yanvar;
- II yarımil: 1 fevral-31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar);
- 5 gün əlavə tətil (1-5 may).