“Apellyasiya şikayətləri ilə yoxlanılan 200 nəfərə yaxın şagirdin nəticəsi dəyişib”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Biz 100 minlə 200-ü müqayisə edəndə görürük ki, bu, kiçik bir rəqəmdir. Heç yarım faiz də etmir”, - o bildirib.
Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.