“Ötən il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların orta balı 76 olub. Subbakalavrın seçdiyi ixtisasdan digərinə transferi qeyri-mümkündür. Onlar seçdikləri ixtisası da bitirməlidirlər”.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Hazırda 7 761-dən artıq subbakalavr müxtəlif ixtisaslara öz sənədlərini veriblər“, - DİM sədri vurğulayıb.