Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “Milli transliterasiya standartlarının hazırlanması” və “Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması”, həmçinin AR Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın 9 (“Milli transliterasiya standartlarının hazırlanmasının başa çatdırılması”) bəndlərinin icrasını təmin etmək məqsədilə Milli transliterasiya standartları hazırlanıb.
"Report" xəbər verir ki, milli transliterasiya standartlarının əsasını təşkil edən transliterasiya cədvəlləri AMEA-nın
Bu məqsədlə 7 - rus, ingilis, fransız, italyan, alman, fars və ispan dillərinin əlifbaları arasında transliterasiya cədvəlləri tərtib edilib, elmi-praktik ekspertizadan keçirilib. Cədvəllərə aidiyyəti üzrə dövlət orqanları və ali təhsil müəssisələri tərəfindən rəylər alınıb standartlar təkmilləşdirilib.
Qeyd etmək lazımdır ki, qloballaşma dövründə transliterasiya standartlarının hazırlanmasının böyük əhəmiyyəti var. Belə ki, bir dilin yazısının başqa dildə verilməsi zamanı həmin dilin fonetik xüsusiyyətləri, tətbiq edilən əlifbanın qrafiki əlamətləri mütləq nəzərə alınmalıdır. Müasir dövrdə dillərin çox sıx şəkildə inteqrasiyası baş verdiyindən yazı sistemlərinin də bir dildən başqa dilə ötürülməsi zamanı transliterasiya üzrə çətinliklər ortaya çıxır. Bu problemlərin həlli üçün müasir Azərbaycan yazısında transliterasiya standartlarının hazırlanması böyük əməli və praktiki əhəmiyyət kəsb edir.