Mingəçevir şəhəri Energetiklər yaşayış massivində yerləşən 17 nömrəli “Fidan” körpələr evi və uşaq bağçası baxımsız hala düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, bir müddət əvvəl güclü yağışlardan sonra müəssisənin həyəti subasmaya məruz qalıb.
Bununla yanaşı, bağçanın həyətindəki tikili aşıb və bu da ərazidə sərbəst hərəkətə maneələr yaradıb.
Həmçinin müəssisənin həyətindəki meydançanın yağış suları ilə dolması bir sıra problemlərə yol açıb. Buna baxmayaraq, uşaq bağçasının həyətindəki fəsadlar hələ də aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri üzrə sektorundan "Report"un yerli bürosuna bildirilib ki, bağçadakı mövcud vəziyyətdən xəbərdardırlar.
Qeyd edilib ki, problemin aradan qaldırılması istiqamətində yaxın günlərdə əsaslı işlərə başlanılacaq.