“Müəllimin nə qədər dərs yükü varsa, o, iki qrup arasında bölünəcək. Bu halda sual yaranır ki, uşaqlar onda az dərs saatı alırlar. Hesab edirik ki, yerdə qalan saatı teledərslə kompensasiya etmək olar”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələri üçün keçirilən “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hibrid dərs forması tətbiq edildiyi zaman müəllimlərin dərs yükündə heç bir izafi yük yaranmayacaq.