Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.
Elm və təhsil
29 İyun , 2024 12:07
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d'k davam edəcək.

Son xəbərlər

Orphus sistemi