Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
“Report” xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi təsis edilib.
Fərmanla “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq olunub. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin strukturu” təsdiqlənib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.