Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric statusu alıb

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric statusu alıb Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq Məktəbi sentyabrdan 1-ci və 6-cı siniflər üçün Kembric Beynəlxalq Təhsil Proqramı əsasında tədris aparmaq lisenziyası alıb.
Elm və təhsil
3 İyul , 2024 18:42
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric statusu alıb

Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq Məktəbi sentyabrdan 1-ci və 6-cı siniflər üçün Kembric Beynəlxalq Təhsil Proqramı əsasında tədris aparmaq lisenziyası alıb.

"Report"un məlumatına görə, ali təhsil müəssisəsində Beynəlxalq Məktəbin Kembric Proqramı üzrə məsul şəxsi Bayram Əliyevdir.

Qeyd edək ki, Kembric Proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır. Tədrisi yalnız ingilis dilində həyata keçirilən Kembric Proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər ingilis dili ilə yanaşı, modern dünya dillərindən ən az birinə mükəmməl şəkildə yiyələnir.

Son xəbərlər

Orphus sistemi