Naxçıvanda bəzi təhsil müəssisələrində direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb

Naxçıvanda bəzi təhsil müəssisələrində direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb Naxçıvanda bəzi təhsil müəssisələrində direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb.
Elm və təhsil
16 Oktyabr , 2024 20:51
Naxçıvanda bəzi təhsil müəssisələrində direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində video-çəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.

Qeyd edək ki, müsahibə mərhələsi iki gün, 15-16 oktyabr tarixlərini əhatə edib. Vakant vəzifələr üzrə 21-28 avqust tarixlərində aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 48 namizəd sənəd verib, onlardan 43-ü müsahibə mərhələsində iştirak edib.

Son xəbərlər

Orphus sistemi