Nazir: Beynəlxalq olimpiada qaliblərinin universitetlərə qəbulu islahatların əsas göstəricisidir

Nazir: Beynəlxalq olimpiada qaliblərinin universitetlərə qəbulu islahatların əsas göstəricisidir Nazir: Beynəlxalq olimpiada qaliblərinin universitetlərə qəbulu islahatların əsas göstəricisidir
Elm və təhsil
5 İyul , 2024 17:46
Nazir: Beynəlxalq olimpiada qaliblərinin universitetlərə qəbulu islahatların əsas göstəricisidir

Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir ölkə başçısının təhsil infrastrukturunun yaxşılaşdırılması, son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. O, beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan E.Əmrullayev sonda bütün qalibləri təbrik edib.

Sevil Seymur

Son xəbərlər

Orphus sistemi