"Bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, dərs zamanı kiminsə temperaturu olarsa, həmin şəxs dərhal xüsusi izolyasiya otaqlarına yerləşdiriləcək: "Əgər hansısa məktəbdə kiminsə COVID-19 nəticəsi pozitiv çıxarsa, araşdırma nəticəsində məktəbin bağlanması və ya hibrid tədrisə keçirilməsi barədə qərar qəbul ediləcək".