Nazir: Elmi tədqiqat institutların çoxluğu ölçmə baxımından geri qalmaq deməkdir

Nazir: Elmi tədqiqat institutların çoxluğu ölçmə baxımından geri qalmaq deməkdir Elmi tədqiqat institutların çoxluğu ölçmə baxımından geri qalmaq deməkdir.
Elm və təhsil
23 May , 2024 11:25
Nazir: Elmi tədqiqat institutların çoxluğu ölçmə baxımından geri qalmaq deməkdir

Elmi tədqiqat institutların çoxluğu ölçmə baxımından geri qalmaq deməkdir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda elmin 100-dən artıq kiçik institutlara bölünməsi sonda çoxlu sayda kiçik və dünyada ölçülən zaman böyük qurumlarla müqayisə edilməyəcək dərəcəyə düşməsi deməkdir.

"Bu gün Azərbaycanda 130-dan çox elmi tədqiqat institutu var. Amma misal olaraq, böyük Britaniyada 28 milli laboratoriya var. Bu, özlüyündə elmə olan münasibəti göstərən rəqəmdir. Azərbaycanda çox sayda elmi tədqiqat institutunun olması ölçmə baxımından geri qalmaq deməkdir. Məqsəd nə qədər çətin olsa da, interaktivliyi təmin etməliyik. Tədqiqat müxtəlifliyi və hərtərəfliliyi tələb edir. Bu da hər hansı şəxsin fikri yox, reallığın tələbədir", - E.Əmrullayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi