"Hər il Azərbaycanda üç faizə yaxın tələbə müxtəlif səbəblərdən universitetlərdən xaric olunur. Pandemiya dövründə də bu rəqəmdə ciddi dəyişiklik baş verməyib".
“Report”un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, 2016-2017-ci tədris ilində 3 588, 2017-2018-ci illərdə isə 3 807 tələbə ali məktəblərdən uzaqlaşdırılıb.